04
06.2020

Təbiətə ziyan vurmadan, ağacların kəsilməsinin qarşısını alaraq, bol oksigenli mühitdə istirahət etmək üçün əlverişli üsul olan Ağac ev layihəmizi sizlərə təklif edirik.

Daha çox uşaqların xəyalı olsa da, böyüklər üçün unudulmaz istirahət mənbəyi olan bu ağac evlər turizm sahəsində daha çox maraq çəkdiyi üçün turizm biznesinin inkişafına bilavasitə şərait yaradacaqdır. Lakin biz sizə sadəcə biznes üçün deyil, şəxsi bağ evləriniz üçün də Ağac ev layihəmizdən yararlanmağınızı, istirahətinizə və körpələrinizin həyatına rəng qatmağınızı təklif edirik.

Qısa müddətdə hazır olan bu ağac evlərin üstünlükləri tez hazır olması ilə yanaşı, aşağı qiymətə olması və təibət qoynunda yerləşərək bol oksigenlə əhatə olunmasıdır. Tikdiyimiz Ağac evlərin tam təhlükəsiz, küləyə və yağışa davamlı olduğuna əmin olmağınız üçün hər bir müştərimizlə müqavilə bağlanılır.

Təbiətdə ən gözəl tətil planlarınızı birlikdə gerçəkləşdirək!