Elektrik xətləri ilə əlaqə qurularsa nə etməlisiniz ;
- Bu zaman həyəcanlanmayın.Əgər sizinçün böyük təhlükə yoxdursa, kömək gələnə kimi yerinizdə sakit qalmağa çalışın.Egər təhlükə varsa ordan uzaqlaşmağa çalışın.
- Nəqliyyat vasitəsini elektrik xəttindən ən az 8 metr uzağa sürərək təmasın pozulmasına cəhd edin. Əgər kontaktın pozulası mümkün deyilsə,aşağıdakıları etməyə çalışın;
- Elektrik enerjisi ilə təmasda olan nəqliyyat vasitəsinə yaxın olan işçilər yanıq,şok və digər yaralanma riski altındadılar.Onagörə hadisə yerinə yaxın olan hər kəsin həmin ərazidən minimum 8 metr uzaqda durmalarını təmin edin.
- Elektrik xətləri ilə bir canlı kimi davranın.
- Dərhal təcili yardım xidmətlərinə zeng edin.
Əgər nəqliyyat vasıtəsindəki şəxsin təxliyyəsinə ehtiyac varsa nə edilməlidir;
- Bir vasitənin təcili təxliyyəsi son dərəcə təhlükəlidir və yalnız nəqliyyat vasitəsi yanarsa,son çarə olaraq təxliyyə edilməlidir.
- Nəqliyyat vasitəsindən qaçmaq mütləqdirsə,o zaman nəqliyyat vasitəsi və zəminlə eyni vaxtda təmasda olmamaq üçün sıçrayış etməyiniz vacibdir.
- Ayaqlarınızı birləşdirərək sıçrayış edin.Atlayarkən vasitəyə toxunmamağa,irəli və geri yıxilmamağa ,ayaqlarınızı bir birindən aralamamağa çalışın.
- Nəqliyyat vasitəsindən uzaqlaşdıqdan sonra hər hansı səbəbdən həmin əraziyə qayıtmayın.
- Maşın operatorları bu tullanma texnikasını mütəmadi olaraq tətbiq etməlidirlər.
Nəqliyyat vasitəsinin təkərləri elektrik xətləri ilə təmas zamanı və ya sonra partlaya və yana bilər.
Bir nəqliyyat vasitəsi yeraltı və yerüstü elektrik xətləri ilə təmasda olarsa,nəqliyyat vasıtəsi və təkərlərindən böyük bir elektrik cərəyanı axını yaranacaqdır.Bu təkərlərin partlamsına və ya yanmasına səbəb olacaqdır.
Bu hadisədən 24 saat sonra təkərin partlamasına səbəb olacaq qaz və istilik yığınıda yarada bilər.Xəsarət almamaq üçün nəqliyyat vasitəsi 24 saat müddətində etibarlı əraziyə aparılmalıdır.
Yaranan partlayış dağıntılara , yaxınlıqdakı insanların yaralanmasına səbəb ola bilər.
Xəsarət almamaqçün nəqliyyat vasitəsini 24 saat ərzində etibarlı əraziyə aparılmalıdır.