İnsanların şüur altında olan düşüncə tərzləri onların həyatlarının formalaşmasında çox böyük rol oynayır.
Dizayn sənəti yaradıcılıq sahəsinin bir qoludur və yaradıcı bir insanın şüur altındakı düşüncə tərzini qələmlə kağız üzərinə köçürür. Müharibə dövründə yaşayan bədəni və qəlbi yaralı bir sənətkarı düşünün. İllərdir ki, müharibə dövründə yaşayır və şüur altındakı bütün düşüncələri yaralıdır. O insandan Pizza qülləsinin dizaynını tələb eləmək qeyri-mümkündür. Ona görə ki, onun ürəyi barmaqlarına avtomatik olaraq kobud və qabarıcı bir sistemi fərman verir.
Peşəkar memarlar bir dizayn projesində aşağıdakı şərtləri nəzərə alırlar.
1. Tibb və psixoloji. Rəng və həndəsə psixologiyasına nəzər etdiyimiz zaman bu iki faktor insan sağlamlığına olduqca effektivdir. Məsələn, əsəbi bir insan düşünün. Onun masasının üzərində olan qaşığın rəngindən tutmuş, otaqdakı lüsturun forması və həmçinin divar kağızının üzərindəki cizgilər onun əsəb probleminin dərmanına gətirib çıxara bilər. Onun otağının bütün divarları qırmızı rəngdə olarsa, həmin insanın ürək çırpıntıları 4 qat çoxalaraq əsəbi olmağını dahada artırar. Amma düzgün bir rəng, həndəsə və işıqlandırma harmoniyası yarandıqdan sonra artıq o insanın sağalmasına gətirib çıxarar.
2. Təbiətin verdiyi vizual dərs. Amazon meşələrində yaşayan bir rəngli quşu nəzərinizdə tutun. Onun üzərindəki rəng harmoniyası böyük bir memarlıq projesi üçün ilham qaynağı ola bilər. İnsanlar min illərdir ki, yer kürəsində yaşayır və buna görədə yer kürəsinin rəng və həndəsə sistemi insanların hissiyatını formalaşdırıb. Ona görə də peşəkar bir dizayner üçün yer kürəsində olan harmoniya ən böyük müəllimdir və dizayner düzgün seçimi ancaq yaranış sistemindən öyrənə bilər.
3. Memarlıq qaydaları və üslublar. Məqalənin əvvəlində qeyd etdiyim kimi, tarix boyu yaradıcı insanlar müxtəlif dövrlərdə yaşadıqları üçün müxtəlif qələm tərzlərinə sahib olublar. Kimisi gül-çiçəkli və romantik bir çevrədə yaradcılıqla məşğul olub, kimisi müharibədə, kimisi siyasi bir çevrədə. Ona görə də, həmin insanların şüur altındakı düşüncə tərzləri memarlıq sənətində bir çox üslubların yaranmasına səbəb olub. Aşağıda bir sıra üslublar və onların formalaşmalarının səbəbləri haqqında qısaca məlumatı nəzərinizə çatdırmağa çalışacam.
• Barokko – 17-ci əsrdə İtaliyada qaynaqlanıb və 18-ci əsrin ortalarına qədər Avropanın bir çox ölkələrini əhatə edib. Bu üslubda memarlar artıq insanın beynində olan münəzzəmliyi deyil, insanın ürəyinin hökm etdiyini qələmə köçürtdülər. Barokkoda memar bütün mənalı arqumentləri mərkəzdə formalaşdırır və çevrədəki arqumentləri mərkəzə bağlamağa çalışır. Həmçinin Barokkoda işlənilən arqumentlər sonsuzluq mənasını da daşıyır.
• Rokokko – 1797-ci ildə ilk dəfə Pierre-Maurice Quays adlı memar bu termini işlətdi və bu üslubun sahibi kimi adını tarixə yazdırdı. Barokko hərəkatından sonra Fransada orta təbəqədə yaşayan memarlar Elit təbəqənin düzənli şəkildə sahib olduğu binaların memarlıqlarına etiraz olaraq bu tərzi işləyirdilər və bir növ etiraz aksiyası kimi bir hərəkat yaranmışdı.
• Browhouse üslubu – 1919-cu ildə Almaniyada bir memarlıq məktəbinin adı olub, həmin məktəbin memarlıq tərzi sonralar memarlıq dünyasında bir üsluba çevrilib.
• Qotik – Heç bir memarlıq üslublarının tarixini Qotik qədər dəqiq analiz eləmək olmur. Ona görə ki, 1137-1144-cü illərdə Fransanın Sen Deni şəhərində tikilmiş kilsənin bərpası zamanı üzə çıxmış və 16-cı əsrin ortalarına qədər Avropada popular bir düşüncə tərzi kimi tanınmışdı. Renesans və Romans dövrlərinin ortalarında Qotik tərzinə FƏLAKƏTLİ DÜŞÜNCƏ TƏRZİ kimi baxırdılar və insanlar arasında mənfi düşüncə kimi formalaşmışdı. Sonralar Georgia üslubu Qotikdən ilham alaraq yarandı və Qotik yenə əvvəlki şöhrətinə qayıtdı.
• İslam memarlığı – İslam dini formalaşandan sonra Memarlıq sənəti tək sənət oldu ki, çox rahat müsəlmanlar tərəfindən qəbul olundu. İslam dini mədəniyyətində və atmosferində bir İslam memarlığı formalaşdı. İslam aləmində yaşayan memarlar üslubları araşdırdıqları zaman SİMVOLİZM memarlığından ilham alaraq İslam memarlığını formalaşdırdılar. Bundan sonra Məscidlər, Karvansaraylar və s. bu üslubda tikilməyə başladı. Hazırda ən nüfuzlu üslublardan biri İslam memarlığıdır.