İnteryer dizayner rəng sxemləri, ornamental naxışlar və teksturalı dizayn komponentlərini yaxşı bilir. Eyni zamanda, bu xüsusiyyətləri bilən şəxs, əl altındakı bütün boş yerləri "zəbt edə" bilən, qabarıqlıq, iddiasızlıq, donuqluq hissi yaradan həddən artıq xırda detallara xüsusi diqqət yetirir.
Bir dizayn problemini həll edə biləcək peşəkarı işə götürmək üçün, maddi imkanı olmayan insanlar haqqında nə demək olar? Cavab çox sadədir! Aşağıda göstərilən tövsiyələrdən istifadə edərək, siz evinizin yenidən təmiri zamanı qarşı tərəfin edə biləcəyi səhvlərin qarşısını ala bilərsiniz.
1. İşığın olmaması və ya keyfiyyətsiz işıqlandırma;
Müxtəlif səviyyələrdə işıqlandırma cihazlarının quraşdırılması. Məsələn, yerləşdirilmiş işıqlar, torşer-lampa və ya asma divar lampaları otaqdakı mühit işıqlandırmasının yaxşılaşdırılması üçün əla bir həlldir. Otaqdakı fərdi elementlərin əlavə işıqlandırılması haqqında unutmayın.
yuxarı işıqlandırma
2. Mebelin yalnış (adi qaydada) yerləşdirilməsi;
Divanı otağın ortasına qoyaraq siz evinizin bu hissəsinə daha orijinal və müasir gözəllik qatacaqsınız. Əvvəllər dağınıq kimi görünən otaqda daha çox boş yer və hava olduğuna görə məmnun olacaqsınız.
mebelin düzülüşü
3. Xalçanın ölçüsü;
Kiçik bir qəhvə masasının altına böyük bir kilim qoyaraq buradakı tekstura ölçüsü ilə interyerə daha çox maraq qatın.
interyerdə xalça
4. Otağın içərisi nə qədər geniş olarsa (məsələn, mətbəx və ya vanna otağı), dizayn elementləri ilə daha çox zənginləşdirmək lazımdır və əksinə kiçik otaqlarda az element istifadəsi məsləhətdir.
interyerdə mebel
5. Pərdələri bütün uzunluğu boyunca (tavan altından) asın - bu texnika, otağınızı lazımi həcmdə göstərəcək və pəncərələrə vizual olaraq daha yüksək görünüş verəcək!
interyerdə pərdələr
6. Ailə yadigarlarından yaxa qurtarın (onlar üçün ayrı bir otaq düzəldin, ancaq evin hər yerinə yerləşdirməyin) Bunun əvəzinə yeni, maraqlı dizayn teksturası quraşdırın və otağın interyerini yeniləyin!
interyerdə ailə üslubu
7. Çox sayda mebellər və nənələrin vazaları, saatları ilə örtməyin. Otaqdan "zövqsüz muzey" yaratmayın.
interyerdə dekor
8. Balkondan və ya eyvandan məqsədə uyğun istifadə edin. Orada bir masa və stullar qoyun. Xoş bir gün batımı mənzərəsi ilə birgə çay içməkdən zövq alın!
balkonun bəzədilmə ideyası