23
12.2019

Bu yazıda, müasir bir dizaynın nə olduğunu və bir insan həyatına necə təsir etməsi haqqında suallara ətraflı cavab verəcəyik. Dizayn layihələndirmə sahəsində estetik xarakter daşıyan və sənaye məhsullarının yaradılmasında xüsusi rolu olan məntiqi nəticənin təfəkkürüdür. Lakin tam olaraq müəyyən olunmuş bu fikir altında daha irimiqyaslı məsələlər nəzərdə tutulur. Çünki dizayn daim yenilikləri təqdim və əhatə edir.
Dizaynın insan həyatındakı müxtəlif sahələrə təsiri:

  1. Modern. İndiki zamanda dizayn, müasir insan həyatının müxtəlif sahələrində istifadə edilir. Burada, yeni modern memarlıq istiqaməti və müasir 20-ci əsrin memarlığı  əsas təsirini göstərir. Məhz sənətkarlığın inkişafına töhfə verən, yeni tikinti texnologiyalarının yaranmasına təsir göstərən, ədəbiyyatda və sənətdə öz əksini tapan o idi.
  2. Sənaye. Sənaye obyektlərinin xarici görünüşünü və xüsusiyyətlərini yaxşılaşdırmağa imkan verdi.
  3. Nəqliyyat. Müasir və rahat nəqliyyat vasitələrinin yaradılmasına zəmin yaradır.
  4. Kompüter. İnsan həyatında yeni bir məlumat mühitinin inkişafına və yaradılmasına öz təsirini göstərir.

Getdikcə məhsul və xidmət istehsalçıları rəqibindən üstün olmaq, yeni müştəriləri cəlb etmək, dizaynda orijinal bir yanaşma ilə fərqlənmək, hər kəs tərəfindən yadda qalan, həmçinin məhsul istehsalı zamanı müasir yanaşmadan riayyət və istifadə etmək üçün dizaynerin peşəkar yanaşmasına ehtiyyac yaranır. 
Dizayn - istehsalçı ilə istehlakçı arasındakı ən incə və ayrılmaz bir əlaqədir!