15
05.2020

Təmir işləri olduqca yorucu prosesdir. Öncədən sifariş etdiyimiz dizayna əsasən podratçı tapmaq lazımdır. Düzgün podratçı seçimi üçün nələrə diqqət etməliyik? Təmirin keyfiyyətli və dizaynımızla eyni alınması, həm də əlavə xərclərimizin çıxmaması üçün nə etməliyik? Hələki əlimizdə hazır dizaynımız yoxdursa, işlər biraz da çətinləşir. Elə bir seçim etməliyik ki, nəticədə həm təmir, həm də dizayndan məmnun qalaq. Suallara aydınlıq gətirib, sizinlə öz təcrübəmizi bölüşməyə çalışacağıq.

Təcrübə 
Podratçı seçmək üçün ən doğru yol təcrübəli, məsuliyyətli bir şirkətə müraciət etməkdir. Təmir işi ciddi olduğundan onu bu sahə üzrə peşəkar kadrlarla işləyən və işini məsuliyyətlə yerinə yetirən şirkətə etibar etməlisiniz. Əks halda özünüzə maddi və mənəvi ziyan vura bilərsiniz. Şirkətin neçə ildir fəaliyyət göstərməsini deyil, hansı layihələri həyata keçirdiyini və müştəri məmnuniyyətinə necə önəm verdiyini araşdırmaq lazımdır.

Zaman seçimi
Podratçı seçiminin də zamanı var. Xüsusilə təmirin çox olduğu yay aylarında podratçı seçimi çətinləşir. Yaxşı podratçılar öncədən müqavilə bağladıqları üçün, yay aylarında sizin təmir işlərinizi həyata keçirmək üçün podratçıların vaxtı olmayacaq. Buna görə də yaxşı olar ki, müqavilənizi işlərin nisbətən az vaxtında imzalayasınız.

Qiymət və keyfiyyət
Bir çox insan düşünür ki, ustaları özü seçərək təmir işlərini daha münasib qiymətə yekunlaşdıra bilər. Lakin sonda nəticə heç də hər zaman ürəkaçan olmur. Ya dizayn istədiyimiz kimi alınmır, ya da xərclərimiz daha çox çıxır. Təcrübəmizdən yola çıxaraq bəzi məqamları diqqətinizə çatdırmaq istəyirik. 
•    Şirkətdə ustalar daimi işlədikləri üçün nisbətən daha münasib qiymətə çalışırlar. 
•    Şirkətlər inşaat materiallarını daha ucuz qiymətə alırlar.
•    Təmir etdirəcəyiniz zaman dizayn pulsuz edilir və nəticədə xərclərinizə qənaət etmiş olursunuz.
•    Şirkət müştəri məmnuniyyətinə daha çox önəm verdiyi üçün işinə daha məsuliyyətli yanaşır.
•    Şirkətlə müqaviləniz olduğu üçün, təmiri planlanmış zamanda tam təhvil alırsınız.

Sonda Orange Studio MMC olaraq qeyd etmək istəyirik ki, təmir-tikinti üçün bizə müraciət etdiyiniz zaman canlı kameralarımız vasitəsi ilə təmir-tikiniti məkanına getmədən, materialları və işlərin necə irəlilədiyini istədiyniz zaman telefonunuz vasitəsi ilə izləyə bilərsiniz. Öncəliyimiz müştərinin etibarını və məmnuniyyətini qazanmaqdır.