Ustaları seçərkən nələrə diqqət etməlisiniz. İnteryer dizaynerdən 5 faydalı məsləhət.
Verilmiş yazıda tikinti və təmir üçün usta seçiminin əsas meyarları haqqında məlumat verəcəyik. Eyni zamanda müsahibənin aparılması strategiyasını və ustalarla görüşün əsas xüsusiyyətlərini nəzərdən keçirəcəyik.
1. Davranışdakı adekvatlıq.
İnşaatçılar üçün vəzifələri izah edərkən, problemlərinizi həll etmək səviyyəsini təyin etmək məqsədi ilə usta və inşaat qrupunun reaksiyasını müşahidə edin. Təmir başlamazdan əvvəl canlı ünsiyyət və prosesə ümumi cəlb edilmənin zəruriliyi danılmazdır. Çünki, dizaynerin istəklərini yerinə yetirmək üçün "mexaniki maşın"dan daha pis bir ortaq yoxdur. (Görülən iş nəticədə, ruh olmadan görülən işlərə bənzəyəcək).
2. Smeta dəyəri və təsvirlərə uyğunluq.
İşçilərin və baş ustanın ixtisas səviyyəsinin işə uyğunluğunu dizaynerin hazırladığı rəsmlərə əsasən izləməli və iş tərtibatının düzgünlüyü yoxlanmalıdır.
Təmir işlərinin müvəffəqiyyətlə başa çatması üçün müəyyən ön yoxlamaların keçirilməsi vacibdir, belə ki, insan faktoru danılmazdır. Həqiqətən tikintinin başlanğıc mərhələsində işçilər tərəfindən kobud səhvlərə tez-tez rast gəlinir. Buna misal olaraq, pilləkənin və ya elektrik ötürücüsünün düzgün quraşdırılmaması və digər xoşagəlməz səhvləri göstərmək olar.
3. Mobil mövcudluq.
İnşaatçıların mobil internetdən operativ istifadə səviyyəsi, e-poçt və internetdən istifadə bacarığı, tələb üzərinə foto və ya video hesabatı göndərmək imkanı.
4. Təmizlik.
İnşaat sahəsindəki təmizlik səviyyəsinin qorunması, işçi qrupunun yüksək adekvatlığını və tikinti-təmir sahəsində ən yaxşı ustaları seçdiyinizi göstərən göstəricilərdən biridir.
5. Tikinti sahəsindəki elektrik naqillərinin keyfiyyətinə nəzarət.
Diaqonal kəsişmələrin əmələ gəlmədiyinə əmin olun və naqilləri qeyd etmək, bütün elektrik simlərini izolyasiya etmək üçün göstəriş verin. Bunları əvvəlcədən həyata keçirmək daha sonra çox pul və əsəblərə qənaət etmək deməkdir.
Əmin ola bilərsiniz ki, sizin iştirakınız olmadan heç bir təmir istədiyiniz kimi getməyəcək və buna görə orada olmağınız şərtdir!
Tikinti və təmir üçün ən yaxşı usta seçimində çətinlik çəkirsiniz? O zaman saytda göstərilən nömrələrə elə indicə zəng edin! Çünki təmir və tikinti üçün ən yaxşıları seçmək və sizi məmnun etmək bizim əsas vəzifələrimizdəndir!