Ağac üstü evlər

Yerləşdiyi yer Xaçmaz
İşin tipi Tikinti
Fəaliyyət sahəsi Bağ evi
Kateqoriya Təmir/Tikinti
Təbiətə ziyan vurmadan, ağacların kəsilməsinin qarşısını alaraq, bol oksigenli mühitdə istirahət etmək üçün əlverişli üsul olan Ağac ev layihəmizi sizlərə təklif edirik. Daha çox uşaqların xəyalı olsa da, böyüklər üçün unudulmaz istirahət mənbəyi olan bu ağac evlər turizm sahəsində çox maraq çəkdiyi üçün turizm biznesinin inkişafına bilavasitə şərait yaradacaqdır. Lakin biz sizə sadəcə biznes üçün deyil, şəxsi bağ evləriniz üçün də Ağac ev layihəmizdən yararlanmağınızı, istirahətinizə və körpələrinizin həyatına rəng qatmağınızı təklif edirik. Qısa müddətdə hazır olan bu ağac evlərin üstünlükləri, tez hazır olması ilə yanaşı aşağı qiymətə olması və təibət qoynunda yerləşdiyinə görə bol oksigenlə əhatə olunmasıdır. Tikdiyimiz Ağac evlərin tam təhlükəsiz, küləyə və yağışa davamlı olduğuna əmin olmağınız üçün hər bir müştərimizlə müqavilə bağlanılır. Təbiətdə ən gözəl tətil planlarınızı birlikdə gerçəkləşdirək!

Ağac üstü evlər Video

Dostlarınla paylaş
WhatsApp Zəng et