29
10.2019
Insanların şuur altında olan düşüncə tərzləri onların həyatlarının formalaşmasında çox böyük rol oynayır.
Dizayn sənəti yaradıcılıq sahəsinin bir qoludur və yaradıcı bir insanın şuur altındaki düşüncə tərzlərini qələmlə kağız üzərinə köçürür. Müharibə dövründə yaşayan bir bədəni və qəlbi yaralı sənətkarı düşünün. Illərdir ki müharibə dövründə yaşayır və şuur altındaki bütün düşüncələri yaralıdır. O insandan pizza qulləsinin dizaynını tələb eləmək qeyri mümkündür ona görə ki onun ürəyi barmaqlarına ovtomatik olaraq kobud və qabarıcı bir systemi fərman verir.
Peşəkar memarlar bir dizayn projesində aşağadaki şərtləri nəzərdə alırlar.
- Tib və psikoloji – Rəng və həndəsə psikologiyasına nəzər keçirtdiyimiz zaman bu iki faktor insanın sağlamlıq durumuna olduqca effektivdir. Məsələn əsəbi bir insanı düşünün. Onun masasının üzərində olan qaşığın rəngindən tutmuş otağının lusturunun forması və həmçinin divar kağızının üzərindəki cizgilər onun əsəb probleminin dərmanına gətirib çıxara bilər. Məsələn onun otağının bütün divarları qırmızı rəngdə olursa həmin insanın ürək çırpıntıları 4 qat çoxalaraq onun əsəbi olmağını dahada artırır. Ama düzgün bir rəng – həndəsə və ışıqlandırma harmoniyası yarandıqdan sonra artıq o insanın sağalmasına gətirib çıxara bilər
- Təbiətin verdiyi visual dərs. Amazon meşələrində yaşayan bir rəngli quşu nəzərdə tutun. Onun üzərindəki rəng harmoniyası böyük bir memarlıq projesi üçün ilham qaynağı ola bilər. Insanlar minlər ildir ki yer kürəsində yaşayırlar və buna görədə yer kürəsinin rəng və həndəsə systemi insanların hissiyatını formalaşdırıb. Ona görədə peşəkar bir dizayner üçün yer kürəsində olan harmoniya ən böyük müəllimdir və dizayner düzgün seçimi ancaq yaranış systemindən öyrənə bilər!
- Memarlıq qaydaları və üslublar. Məqalənin əvvəlində qeyd etdiyim kimi tarix boyu yaradıcı insanlar müxtəlif dövrlərdə yaşadıqları üçün müxtəlif qələm tərzlərinə sahib olublar. Kimisi gül çiçəkli və romantik vir çevrədə yaradcılıqla məşqul olub və kimisi müharibədə və kimisi siyasal bir çevrədə. Ona görədə həmin insanların şüür altlarındaki düşüncə tərzləri memarlıq sənətində bir çox üslubların yaranmasına səbəb olub. Aşağada bir sıra üslublar və onların formalaşmalarının səbəblari haqda qısaca məlumatı nəzərinizə çatdırmağa çalışacam.
- Barokko - 17 ci əsirdə İtaliada qaynaqlandı və 18ci əsirin ortalarına qədər avropanın bir çox ölkələrini əhatə etdi. Bu üslubda memarlar artıq insanın beynində olan münəzzəmliyi deyil insanın ürəyinin hökm etdiyini qələmlərinə köçürtdülər. Barokko da memar bütün mənalı arqomentləri mərkəzdə formalaşdırır və çevrədəki arqomentləri mərkəzə bağlamağa çalışır.həmçinin barokkoda işlənilən arqomentlər sonsuzluq mənasını da daşıyır.
- Rokokko - 1797 ci ildə Pierre-Maurice Quays adlı memar birinci bu termini işlətdi və bu üslubun sahibi kimi tarixdə adını yazdırdı.barokko hərəkatından sonar fransada orta təbəqədə yaşayan memarlar Elit təbəqənin düzəmli şəkildə sahib olduğu binaların memarlıqlarına etiraz olaraq bu tərzi işləyirdilər və bir növ etiraz aksiyası kimi bir hərəkat yaranmışdı.
- Bowhouse üslubu - 1919 cu ildə Almaniyada bir memarlıq məktəbinin adı olub və həmin məktəbin memarlıq tərzi sonralarda memarlıq dünyasında bir üsluba çevrilib.
- Qotik - Memarlıq üslublarının tarixlərinin heç birini Qotik qədər dəqiq analiz eləmək olmur. Ona görəki 1137 – 1144 cü illərdə fransanin Sen Deni şəhərində tiklmiş kilisənin restavrasiyasında üzə çıxdı və 16 cı əsrin ortalarına qədər Avropada popular bir düşüncə tərzi kimi tanınırdı. Renesans və Romans dövrlərinin ortalarında Qotik tərzinə FƏLAKƏTLİ DÜŞÜNCƏ TƏRZİ kimi baxırdılar və insanlar arasında mənfi düşüncə kimi formalaşmışdı.sonralar Georgia üslübu Qotikdən ilham alaraq yarandı və qotik yenə əvvəlki şöhrətinə qayıtdı.
- İslam memarlığı - İslam dini formalaşandan sonra Memarlıq sənəti təkcə sənət oldu ki çox rahat müsəlmanlar tərəfindən qəbul olundu və islam dinin mədəniyyətində və atmosferində bir İslam memarlığı formalaşdı. İslam aləmində yaşayan memarlar üslubları araşdırdıqları zaman SİMVOLİZİM memarlığından ilham alaraq İslam memarlığını formalaşdırdılar və sonra Məscidlər və Karvansaralar və... bu üslubda tikilməyə başladı. Hazırda ən nüfuzlu üslublardan biri İslam memarlığıdır.