05
03.2020

Koronavirusun ümumi xüsusiyyətləri:
Koronavirus insanın tənəffüs sisteminə təsir edən bir xəstəlikdir.

Koronavirus haradan gəldi?

 

İlk olaraq COVİD - 19 virusunun yayılması Çinin Wuhan şəhərindən başladı. 2019-cu il dekabr ayından başlayan koronavirus infeksiyası sürətlə yayılaraq, bugün dünyada təxminən 3.14 milyon nəfərə çatmışdır.

 

Koronavirus necə yayılır?

 

Havadan öskürək və asqırmaq yolu ilə, selikli qişadan, ictimai nəqliyyatda, qapı tutacaqlarında və digər səthlərdə tutacaqlar vasitəsi ilə yayıla bilir.

 

İnsanlarda koronavirusun simptomları

 

Koronavirus yüksək temperatur, asqırmaq, öskürək və burun tutulması, nəfəs almaqda çətinlik, əzələ və sinə ağrıları, baş ağrısı və halsızlıq, qusma və ishal kimi özünü biruzə verir. Bənzər simptomlar mövsümü qrip olan xəstələrdə də aşkarlandığı üçün bu simptomları özünüzdə hiss etdiyiniz zaman dərhal həkimə müraciət etmək lazımdır.

Evdə qalın və həkimə müraciət edin,
Əgər COVİD-19 viruslu xəstə ilə təmasda olmusunuzsa,
Virusun yayıldığı bir ölkədən qayıtmısınızsa,
Temperaturunuz, öskürək və nəfəs darlığınız varsa.

 

Koronavirusdan qorunmağın yolları

 

Əllərinizi ən azı 20 saniyə axan suyun altında sabunla tez-tez yuyun.
Sabun və su olmadıqda tərkibində ən azı 60% spirt olan dezinfeksiya edici maddə ilə əlinizi təmizləyin. Xüsusi ilə ictimai nəqliyyatdan istifadə etdikdən sonra.

Yuyulmamış əllərinizlə gözlərinizə, burnunuza və ağzınıza toxunmaqdan çəkinin.

 

İctimai yerlərdə mümkün qədər insanlarla 2 metr məsafə saxlayın.

Asqırdıqda və öskürdükdə birdəfəlik salfet və ya dirsəyinizlə üzünüzü örtün.

 

Evdə və işdə tez-tez istifadə olunan əşyalar və səthləri xüsusən telefon, açar və qapıları dezinfeksiya edin.

Özünüzü pis hiss edirsinizsə evdə qalın və təcili yardım xidmətinə müraciət edin.

 

Unutmayın! Koronavirus alacağınız tədbirlərdən daha güclü deyildir.
BİZ BİRLİKDƏ GÜCLÜYÜK!
Evdə qal, Azərbaycan!

Qaynar xətlər!

Azərbaycan respublikası nazirlər kabineti yanında operativ qərargah:
Telefon: +994 (12) 492-41-61, +994 (12) 492-75-54, +994 (12) 505-03-30

Azərbaycan respublikası xarici işlər nazirliyi:
Telefon: +994 (12) 596-94-49

Təcili tibbi yardım:
Telefon: 103

İcbari tibbi sığorta üzrə dövlət agentliyi:
Telefon: 1542