Həyatınızı daha rahat edin
Xəyallarınızı Reallaşdıraq
Komfortlu Həyat
Gələcək Bizimlədir

Eviniz üçün ağıllı funksionallıq

Təhlükəsizlik sistemləri

Hər bir insan üçün təhlükəsizlik vacib amillərdən biridir, müasir dünyada inkişaf etmiş texnoloqiyalar vasitəsi ilə baş verə biləcək təhlükənin əvvəlcədən qarşısını almaq mümkündür.

Bu gün ki, günümüzdə intelektual ağıllı ev sistemləri:
- Elektrik naqillərində qısa qapanma zamanı cərəyanı sondürmə.
- Yanğın zamanı qaz və ya digər yanan mayeləri bağlama, yanğın sondürmə sistemini işə salma, ev sahibinə eyni zamanda yanğın söndürmə qaynar xəttinə xəbər vermə.
- Dəm qazı və ya digər radiaktiv qazlar aşkar edilmə zamanı mənbəədən bağlama, havalandırma sistemini işə salma, ev sahibinə eyni zamanda təcili yardım qaynar xəttinə xəbər vermə.
- Gözlənilməyən qonaq aşkar edilmə zamanı onun üz xasisələrini yadda saxlama, ev sahibinə eyni zamanda polis orqanları qaynar xəttinə xəbər vermə.
kimi bir çox xüsusiyyətlərə malikdir.

Ağıllı cihazlar

Ağıllı ev sistemi, müxtəlif komponentlərdən ibarət prosesləri avtomatlaşdırmağa idarə etməyə imkan verən olduqca geniş bir anlayışdır.
Ev sahibinin istəklərindən asılı olaraq senarionu müxtəlif formalarda hazırlamaq olar.

Ağıllı cihazlar vasitəsi ilə evi tam avtomatlaşdırmaq və idarə etmək, məsələn: işıqlandırma, suvarma, təhlükəsizlik, pəncərələrin açılıb bağlanması, kondisioner, isitmə və s. kimi funksiyalarını təmin etmək olar.

Həssas sensorlar

Ağıllı evi sensorlarsız təssəvvür belə etmək olmaz, göz-qulaq kimi lazim olan bu sensorlar sistemin əsas hissələrindən biridir.

Həssas sensorlar hadisənin hazırkı vəziyyətini ana sistemə ötürür.
Sensorlar: qaz, su, işıq, tempratur, rütubət, külək, radiasiya, təzyiq, hərəkət, titrəmə, səs, ultra səs və s. kimi amilləri hiss edə, ölçə və görə bilir.

İntellektual relelər

Ağıllı ev sisteminin tərkib hissələrindən biridə relelərdir, intelektual relelər ana sistemnən aldığı komandaları yerinə yeriemək üçündür.

Belə bir hadisəni məsəl çəkək: evdən çıxarkən hər-hansısa bir cihazı yanılı vəziyyətdə unutmuşuq, yollar tıxacdır, evə qayıtma mümkünsüzdür, telefonumuzla internet şəbəkəsi olmasa belə mesaj protokolu vasitəsi ilə göndərdiyimiz komandanı ağıllı relelər qəbul edib - yerinə yetirməklə həmin cihazı söndürmüş olacıq.

Bizim bacarıqlarımız

Enerji

İstehlak olunan kVt-dan başqa şəbəkədəki elektrik enerjisinin cərəyan gərginliyin və cərəyan gücün dəyərlərini ölçür

Qaz, su, isiq

İmpuls cihazları bir çox sayda sayğaclarla birləşdirilir

Yaşıl enerji

Günəş enerjisinin və digər bərpa olunan enerjinin monitorinqi və enerji dəyişikliyi haqda məlumat verir

Temperatur

Bir qurğuya qoşulşuş beşə qədər sensor ilə temperaturun ölçülməsini təmin edir

Rütubət

Nisbi rütubəti universal sensorlar vasitəsi ilə ölçür

Təzyiq

Suyun, qazın və havanın təzyiqini universal sensorlar ilə ölcür

Karbon qazı CO2

Dəm qazı (CO2) normadan çox olarsa havalandırmanı avtomatik aktivləşdirir

Külək

Küləyin sürətini və istiqamətini universal sensorlar vasitəsi ilə ölçür

Radiasiya

Qamma-şüalanma fonunu dozimetr sensorunun vasitəsi ilə ölçür

TDS və pH

Su sistemlərdə, akvariumlarda və ya hovuzlarda duz səviyyəsini (TDS) və turşuluğunu (pH) ölçür

Dəqiqlik

Bütün qurğular standart məişət sayğaclarına kimi yüksək ölçmə dəqiqliyini təmin edir

Nəzarət

Elektrik, istilik və s. enerjilərinin tam balanslaşdırır

Bağlantı

Cloud serverləri və digər cihazlarla Wi-Fi bağlantısı ilə əlaqə qurur

Konfiqurasiya

İstədiyiniz ayarları smartfon, kompüter və ya digər cihazlarla tənzimlənməni təmin edir

Yükün idarəsi

Qurğunun WEB interfeysi vasitəsi ilə enerjinin yükünü idarə etmə imkanı verir

MQTT kanal

MQTT mesaj protokolu vasitəsi ilə müvafiq relelərin yandırıb və söndürülmə idarəsini təmin edir

API interfeysi

API interfeysi REST sorğuları əsasında ağıllı ev və digər sistemlərlə asanlıqla birləşdirməni təmin edir

Avtonom iş

Qurğular, serverlə əlaqə olmadıqda məlumatları 30 günə ərzində ehtiyat yaddaşda saxlayır

Наша цель - быть вам полезным.
WhatsApp Звонок